İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan SON DƏQİQƏ İran açıqlamaları - VAXTI ÇATIB!

ABŞ prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xamanei ilə bağlı son dərəcə sərt açıqlamalar verib.

Musavat.com xəbər verir ki, prezidentin sözlərinə görə, İranın mövcud vəziyyətə düşməsinin əsas səbəbi ölkənin pis idarə olunmasıdır.

Tramp bildirib ki, Xamenei ölkəni düzgün idarə etmək əvəzinə hakimiyyəti qorumaq üçün minlərlə insanın öldürülməsinə yol verir.

“İranda yeni rəhbərlik axtarmağın vaxtıdır. Bu adam xəstədir. O, öz ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun rəhbərliyi altında İran dünyada yaşamaq üçün ən pis yerlərdən birinə çevrilib”, - deyə Donald Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, istənilən dövlətin, hətta çox aşağı səviyyədə belə fəaliyyət göstərə bilməsi üçün rəhbərlik zorakılığa deyil, səmərəli idarəetməyə fokuslanmalıdır:

“Ölkəni işlək vəziyyətdə saxlamaq üçün düzgün idarəçilik lazımdır. Minlərlə insanı öldürməklə hakimiyyəti qorumaq rəhbərlik deyil”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR