İnsanlara hürriyət, millətlərə istiqlal!

TRIPP layihəsi ilə bağlı İDDİA

Ermənistanın regionda qurduğu yeni hesabların taleyi bir layihədən asılı vəziyyətə düşüb və onun uğursuzluğu İrəvanı yenidən təcrid riski ilə üz-üzə qoya bilər.

Musavat.com xəbər verir ki, bu barədə erməni ekspert Suren Sarkisyan danışıb.

Onun fikrincə, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması hazırda durğunluq mərhələsindədir. Buna həm rəsmi İrəvandan gələn açıqlamalar, həm də ümumi siyasi proseslər sübut kimi göstərilir.

Məqalədə bildirilir ki, Ermənistan hakimiyyəti Bakı ilə münasibətlərin tənzimlənməsini əsasən TRIPP layihəsinin reallaşması ilə bağlayıb. Türkiyə isə öz növbəsində Ermənistanla münasibətlərin normallaşmasını Bakı-İrəvan dialoqundakı irəliləyişlə şərtləndirir. Sarkisyana görə, üç paralel proses – TRIPP layihəsi, Azərbaycan-Ermənistan münasibətləri və Türkiyə-Ermənistan yaxınlaşması bir-birindən asılı vahid paketə çevrilib.

Təhlildə iddia olunur ki, hazırda TRIPP istiqamətində ciddi irəliləyiş görünmür. Bu isə digər iki xətt üzrə də ləngimə deməkdir. Layihənin perspektivləri qismən İran–ABŞ münasibətlərindən də asılı sayılır. Müəlliflər hesab edir ki, Tehran regiondakı ABŞ iqtisadi təşəbbüslərinə təsir göstərə biləcək imkanlara malikdir və TRIPP də belə təşəbbüslərdən biri kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR