İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkandakı qanlı insidentlə bağlı 2 maddə ilə cinayət işi başlanıb – Rəsmi

Türkan qəsəbəsi ərazisində baş vermiş silahlı insidentlə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb. Bu barədə

Musavat.com-a Xəzər rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, 1 nəfəri qəsdən öldürməyə cəhd etməkdə, digər şəxsi isə qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

“Martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır”, deyə məlumatda bildirilir.

Xatırladaq ki, Cavanşir Muradov Türkan-Zirə bağlarında qoyunçuluqla məşğul olur. Musavat.com-a daxil olan məlumata görə tərəflər arasında mübahisə qanlı insidentdən əvvəl baş verib. Həmin mübahisə zəminində Cavanşir Muradov cinayəti törətdiyi ehtimal olunur.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR