Onlayn ictimai-siyasi qəzet
Türkiyə Milli Təhlükəsizlik Şurasının prezident Ərdoğanın sədrliyi ilə iclası keçirilib.
Musavat.com-un məlumatına görə, bu toplantı erməni mediasının da diqqətini çəkib.
CNN Türk-ün məlumatına görə, digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh prosesində son vaxtlar müsbət irəliləyişlər fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları da müzakirə edilib.
Qeyd olunur ki, Türkiyənin Cənubi Qafqazda sülhün, sabitliyin bərqərar olması və inkişafın təmin edilməsi iradəsi təsdiqlənib.
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ