Onlayn ictimai-siyasi qəzet
Ermənistan sərhədi boyunca müşahidə uçuşları ilə bağlı yeni iddialar yayılıb.
Musavat.com xəbər verir ki, “Armenian Military Portal” teleqram kanalı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Bayraktar TB2” kəşfiyyat-zərbə PUA-sının Ermənistan ərazisində yerləşən Baqramyan hərbi poliqonu istiqamətində uçuş həyata keçirdiyini bildirib.
Mənbənin iddiasına görə, Türkiyənin pilotsuz uçuş aparatları və kəşfiyyat təyyarələri Ermənistan sərhədi boyunca 24 saat fasiləsiz patrul uçuşları aparır.
Kanal əldə edilən kəşfiyyat məlumatlarının Azərbaycan tərəfi ilə bölüşüldüyünü də qeyd edir.
Musavat.com

07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ