Onlayn ictimai-siyasi qəzet
Türkiyədə yeni televiziya mövsümünün başlaması ilə seriallar arasında reytinq mübarizəsi də kəskinləşib. 21–27 sentyabr 2026-cı il tarixlərini əhatə edən son həftəlik reytinq göstəricilərinə əsasən, həftənin ən çox izlənilən serialı bəlli olub.
Musavat.com xəbər verir ki, Televiziya İzlmə Araşdırmaları Komitəsi (TİAK) və Box Office Türkiye tərəfindən açıqlanan göstəricilərə əsasən, Show TV-də yayımlanan “Sevdan Bir Ateş” serialı reytinq siyahısında ilk pillədə qərarlaşıb.
Məlumata görə, serial yayımının üçüncü həftəsində 9,51 reytinq xalı toplayaraq həftənin ən çox izlənilən ekran işi olub.
21–27 sentyabr tarixlərində Türkiyədə ən çox izlənilən ilk 5 serial isə belə sıralanıb:
“Sevdan Bir Ateş” (Show TV) – 9,51 reytinq xalı
“Tuzlu Kahve” (Star TV) – 7,40 reytinq xalı
“Uzak Şehir” (Kanal D) – 6,47 reytinq xalı
“Daha 17” (Kanal D) – 6,42 reytinq xalı
“Altı Üstü İstanbul” (ATV) – 5,90 reytinq xalı
Qeyd edək ki, Türkiyə televiziya sənayesi hazırda ABŞ və Böyük Britaniyadan sonra dünyada ən çox serial ixrac edən üç ölkədən biridir. Türkiyə istehsalı olan layihələr 150-dən çox ölkədə yayımlanır və qlobal miqyasda 800 milyondan artıq tamaşaçı auditoriyasını əhatə edir. İzlənmə göstəricilərinə və ixrac həcminə görə ilk sırada Yaxın Şərq və Şimali Afrika ölkələri yer alır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İraq kimi dövlətlərdə Türkiyə serialları ən yüksək reytinq toplayan ekran işləri sırasındadır. Latın Amerikasında Çili, Argentina, Braziliya və Meksikada, Avropada isə İspaniya, İtaliya və Balkan ölkələrində bu seriallar praym-taym kuşağında rekord göstəricilərə imza atır. Cənubi Asiyada, xüsusən Pakistan və Banqladeşdə də Türkiyə dram və tarixi seriallarına maraq kəskin şəkildə artıb.
Azərbaycan isə əhali nisbətinə görə Türkiyə seriallarının en çox izləndiyi ölkələr sırasında ilk üçlükdə qərarlaşır. Ölkəmizdə kabel televiziyaları, peyk yayımları və rəqəmsal platformalar vasitəsilə əhalinin 70 faizindən çoxu müntəzəm olaraq bu layihələri izləyir, rəsmi "YouTube" kanallarındakı baxış sayına görə də Azərbaycan auditoriyası aparıcı mövqelərdən birini tutur.
Türkiyə televiziya və film sektoru ixracatdan rekord səviyyədə gəlir əldə edib. Türkiyə İstatistiki Qurumunun (TÜİK) və Sənaye və Texnologiya Nazirliyinin rəsmi göstəricilərinə görə, Türkiyə serial və film sektorunun illik ixrac gəliri 600 milyon dolları keçib.
Afaq,
Musavat.com
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ