İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə siyasətində "zəlzələ" – Kılıçdaroğludan kritik açıqlama gəldi

Türkiyədə CHP ətrafında yaranmış siyasi böhranla bağlı partiya sədrliyinə qayıdan Kamal Kılıçdaroğlu mühüm açıqlama verib.

Musavat.com xəbər verir ki, Kılıçdaroğlu CHP-nin şəxsi siyasi maraqlar uğrunda mübarizə meydanı olmadığını bildirib və partiyanın Türkiyə xalqının iradəsini təmsil etdiyini vurğulayıb.

O qeyd edib ki, CHP-nin 38-ci növbədənkənar qurultayı ilə bağlı məhkəmənin çıxardığı qərar parçalanma səbəbinə deyil, partiya daxilində birləşmə fürsətinə çevrilməlidir. Kılıçdaroğlu tərəfdarlarını sakitliyə və ortaq mövqeyə çağıraraq, "bu gün bir-birimizi incitmək günü deyil" deyib.

Kılıçdaroğlu həmçinin bildirib ki, proses partiyanın əvvəlki rəhbərləri, deputatlar, partiya məclisi üzvləri və yerli təşkilatlarla birlikdə koordinasiyalı şəkildə idarə olunacaq.

Kılıçdaroğlu qeyd edib ki, şəxsi siyasi maraqlar deyil, Türkiyənin gələcəyi əsasdır. O, CHP-nin hakimiyyət yürüşünü davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Ankara Regional Apellyasiya Məhkəməsi CHP sədri Özgür Özəlin seçildiyi 2023-cü il qurultayı ilə bağlı “tam etibarsız sayılması” qərarı çıxarıb. Qərardan sonra Kamal Kılıçdaroğlunun yenidən partiya rəhbərliyinə qayıtması gündəmə gəlib. CHP rəhbərliyi isə qərarı tanımadıqlarını açıqlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR