Onlayn ictimai-siyasi qəzet
Türkiyə Daxili İşlər Nazirliyinin İmmiqrasiya Xidmətləri Baş İdarəsi ölkədə yaşayış icazəsi (oturum izni) almaq üçün dövlət rüsumunun kəskin artması ilə bağlı məlumatları təkzib edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, daha əvvəl sosial mediada və bir neçə media orqanında müəyyən yaşayış icazəsi kateqoriyaları üçün rüsumların 1 maydan etibarən təxminən 930% artacağı iddia edilən məlumatlar yayılmışdı.
İmmiqrasiya idarəsi yaşayış icazəsi rüsumunun hər il Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi tərəfindən müəyyən edildiyini və hazırda heç bir dəyişiklik olmadığını aydınlaşdırıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu da yaşayış icazəsi rüsumunda heç bir dəyişiklik olmadığını bildirib. O, əlavə edib ki, mövcud qiymətlər eyni qalacaq.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ