İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə dəhşətli qəza - ÖLƏN VƏ YARALANANLAR VAR

Türkiyənin Dənizli bölgəsində bu gün səhər saatlarında mikroavtobusla şəhərlərarası sərnişin avtobusu arasında ciddi qəza baş verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, toqquşmadan sonra mikroavtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sərnişin avtobusunun sürücüsü həyatını itirib, ümumilikdə 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza yerinə dərhal təcili yardım və polis qrupları göndərilib. Yaralılar yerindəcə müayinə olunub, daha sonra isə təcili tibbi yardım vasitəsilə yaxın xəstəxanalara aparılıb.

Hadisənin səbəblərinin müəyyən edilməsi üçün araşdırma davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR