İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə güclü zəlzələ oldu: İstanbuda hiss edildi - VİDEO

Musavat.com xəbər verir ki, Türkiyənin Balıkesir vilayətində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

AFAD və Kandilli Rəsədxanasının məlumatına əsasən, yeraltı təkanların dərinliyi 9,64 kilometr olub. Zəlzələ İstanbul, İzmir və ətraf rayonlarda da hiss edilib.

Təbiət hadisəsi yerli vaxtla saat 21:20-də baş verib. Zəlzələ ocağı təxminən 8,5 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, bu, Balıkesir vilayətində son dörd gün ərzində qeydə alınan üçüncü zəlzələdir. Daha əvvəl Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) vilayətdə 4,5 maqnitudalı yeraltı təkanın baş verdiyini bildirmişdi. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR