İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli aktyor işçisini döydü, saxlanıldı - FOTO

Türkiyəli tanınmış aktyor Bahadır Ünlü işçisini oğurluq ittihamı ilə təpik, yumruq və beysbol çubuğu ilə döydüyü iddiası ilə saxlanılıb.

Hadisə Tomtom məhəlləsində baş verib və mobil telefonla lentə alınıb.

Görüntülərdə aktyorun işçini havaya qaldırıb yerə yıxdığı, ardınca beysbol çubuğu ilə vurduğu görünür. 

Hadisənin ardından Beyoğlu Asayiş Büro Komandiri qrupları Ünlünü nəzarətə götürüb, restoran isə Beyoğlu Bələdiyyəsi tərəfindən bağlanıb və möhürlənib.

Qeyd edək ki, 2022-ci ildə də Bahadır Ünlü restoranında müştərinin başına bıçaq sapı ilə vurmuşdu./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR