İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin 48 vilayətində güclü qar səbəbindən məktəblərdə tətil elan edilib

Türkiyədə hökm sürən qeyri-sabit hava səbəbindən ölkənin 48 vilayətində məktəblərdə tətil elan edilib.

"Report" xəbər verir ki, bu barədə vilayət administrasiyaları məlumat yayıb.

Bundan başqa, Osmaniye, Sakarya, Kocaeli və Konya vilayətlərinin bir sıra ərazilərində, həmçinin İstanbulun Şişli rayonunda da yanvarın 2-si qeyri-dərs günü elan olunub.

Qeyd edək ki, Türkiyədə güclü qar yağışı ölkə üzrə bir sıra çətinliklərə yol açıb. Diyarbakır, Kastamonu və s. vilayətlərdə qar uçqunu barədə xəbərdarlıq edilib. Artvin vilayətində isə 6 çoban qar uçqunu altında qalıb. Onlardan üçü xilas eidlib, ikisinin isə meyiti tapılıb. Üçüncü çobanın axtarışları havanın psiləşməsi səbəbindən təxirə salınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR