İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin məşhur kurortunda ATIŞMA: ÖLƏN VAR

Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində restoranda baş verən silahlı insident nəticəsində bir nəfər həyatını itirib.

Bu barədə İhlas Xəbər Agentliyi (İHA) məlumat yayıb.

Bildirilib ki, hadisə gecə saatlarında baş verib. Atışma nəticəsində 28 yaşlı Türkiyə vətəndaşı aldığı güllə yaralarından hadisə yerində ölüb.

Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Hadisənin başvermə səbəbləri araşdırılır./Ajans.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR