Onlayn ictimai-siyasi qəzet
UEFA ilə FIFA arasında böhran dərinləşir.
Musavat.com xəbər verir ki, Avropa futbol qurumunun üzvləri Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarını özəl investorlara satmaq planına qarşı sərt mövqe nümayiş etdiriblər.
The Times nəşrinin məlumatına görə, UEFA-ya üzv olan 55 milli assosiasiyanın iştirakı ilə Aleksander Çeferinin sədrliyi altında keçirilən təcili onlayn iclasda FIFA-nın bu planı davam etdirəcəyi təqdirdə qurumun himayəsi altında keçirilən turnirlərin boykot edilməsi barədə razılıq əldə olunub.
Məlumata əsasən, FIFA dünya çempionatının keçirilməsi hüquqları üzrə kommersiya paylarının bir hissəsini özəl investorlara satmağı planlaşdırır. UEFA üzvləri isə hesab edirlər ki, bu addım dünya futbolunu kommersiya maraqlarına təslim edəcək və idmanın mahiyyətinə ciddi zərbə vuracaq.
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ