İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Həştərxanı BOMBALADI, rusların raket poliqonu VURULDU – CANLI

Ukrayna ordusu yanvar ayında uzaqmənzilli “Flaminqo” raketləri ilə Rusiyanın “Oreşnik” raketlərini buraxdığı “Kapustin Yar” təlim poliqonuna zərbə endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin yanvar ayında Ukrayna ordusu Həştərxan bölgəsindəki “Kapustin Yar” təlim poliqonunda orta mənzilli ballistik raketlərin start hazırlığının keçirildiyi anqar tipli bina kompleksinə uğurlu zərbə endirib, nəticədə poliqonun infrastrukturuna ziyan dəyib.

“Əldə edilən məlumata görə, poliqonun ərazisində bir neçə binaya müxtəlif dərəcədə ziyan dəyib, anqarlardan biri ciddi şəkildə zədələnib, ərazidən bir qrup şəxsi heyət təxliyə edilib”, - Baş Qərargahın məlumatında qeyd olunub.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmin mövzularını siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR