Onlayn ictimai-siyasi qəzet
15 fevral gecəsi Ukrayna dronları Krasnodar diyarına hücum edib.
Musavat.com-un məlumatına görə, bu barədə qubernator Veniamin Kondratyev açıqlama verib.
Bildirilir ki, hücum zamanı Soçi və Novorossiyskdə sirenalar səslənib. Soçidə bir fərdi evə ziyan dəyib və istilik sistemi sıradan çıxıb. Hadisə nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hücum zamanı Krasnodar, Soçi, Gelendjik, həmçinin Vladikavkaz, Qroznı, Maqas və Volqoqrad hava limanlarının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu məhdudiyyətlər səhərə qədər aradan qaldırılıb.
@@TVmusavat/139973@@
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ