Onlayn ictimai-siyasi qəzet
Bir neçə gündür sosial şəbəkələrdə 1980-ci illərin ab-havasını əks etdirən fotolar trendə çevrilib.
Musavat.com xəbər verir ki, xüsusi proqramların köməyi ilə istifadəçilər öz fotolarını retro üslubda yenidən hazırlayaraq 80-ci illərin dəbini müasir dövrə daşıyırlar.
Trendə şou-biznes nümayəndələri də böyük maraq göstərir. Məşhurlar müxtəlif süni intellekt və foto-redaktə proqramlarından istifadə edərək saç düzümlərini, geyimlərini, makiyajlarını və foto effektlərini dəyişdirir, özlərini 80-ci illərin obrazında təqdim edirlər.
Sosial şəbəkələrdə paylaşılan retro fotolar qısa müddətdə geniş marağa səbəb olub. İstifadəçilər xüsusilə dövrün rəngarəng geyimlərini, fərqli saç stillərini və nostalji foto effektlərini ön plana çıxarırlar.
Beləliklə, illər əvvəl dəbdə olan 80-ci illərin estetikası texnologiyanın imkanları sayəsində yenidən sosial medianın gündəminə qayıdıb.
Könül
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ