İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsas yolda oyuncaq maşın sürən şəxs məsuliyyətə cəlb edildi - VİDEO

Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda idarə edən şəxs məsuliyyətə cəlb edilib.

Bununla bağlı görüntü sosial şəbəkələrdə yayılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, həmin şəxs məsuliyyətə cəlb olunub: “Bakıda hərəkətin intensiv olduğu yola oyuncaq nəqliyyat vasitəsi ilə çıxaraq həm özünün, həm də digər sürücü və piyadaların həyatı üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. 2001-ci il təvəllüdlü, Mirzəli soyadlı şəxs barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür”.

Yol polisi vurğulayıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər: “Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır”./Unikal/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR