Onlayn ictimai-siyasi qəzet
Tramp administrasiyasının Ukrayna üzrə təklif etdiyi “sülh planı” Kiyev və Avropada ciddi narahatlıq yaradıb.
Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri yazır.
Məqalədə bildirilir ki, ABŞ tərəfi Zelenskiyə açıq xəbərdarlıq edib ki, sazişin imzalanması üçün son tarix bu cümə axşamıdır, əks halda silah tədarükü və kəşfiyyat məlumatlarının verilməsi dayandırıla bilər.
Nəşr qeyd edir ki, Ukrayna rəhbərliyi və Avropa paytaxtlarında bu tələbin tonuna görə açıq-aşkar təşviş var.
Qəzet bunu “sülh təşvişi” - “peace panic” kimi təqdim edir.
Musavat.com
17 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ