İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı deputat Zelenskini “dəhşətli cinayətlər”də İTTİHAM ETDİ - İSTEFAYA ÇAĞIRDI

Ukrayna Ali Radasının deputatı Artem Dmitruk sosial şəbəkələrdə prezident Volodimir Zelenskini sərt şəkildə tənqid edib.

Musavat.com xəbər verir ki, parlament üzvünün sözlərinə görə, Ukrayna lideri vəzifəsindən getməlidir.

Dmitruk Zelenskini “dəhşətli cinayətlərdə” ittiham edib və bildirib ki, onun bu mövqeyi ölkə vətəndaşlarının əksəriyyətinin fikrini əks etdirir.

“Zelenski törətdiyi bütün dəhşətli cinayətlərə görə istefa verməlidir. Bu, bütün Ukrayna xalqının əksəriyyətinin mövqeyidir”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, ukraynalı deputat bundan əvvəl Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Ukrayna lideri Volodimir Zelenskini terrorçu kimi tanımağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR