Onlayn ictimai-siyasi qəzet
Volqoqrada 16 noyabr gecəsi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Dzerjinski və Traktorozavod rayonlarında yerləşən dörd yaşayış binası zərər görüb.
Musavat.com xəbər verir ki, Vilayət administrasiyasının yaydığı məlumata görə, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində Volqoqrad vilayəti üzərində 17 dronun vurulduğunu, ümumilikdə isə Samara, Saratov, Rostov, Kursk, Voronej və Bryansk vilayətləri üzərində 57 pilotsuz aparatın məhv edildiyini açıqlayıb.
Hadisə yerində xilasetmə xidmətləri və fövqəladə hallar qüvvələri işlərini davam etdirir.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ