Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın “The Independent” nəşri yazır ki, Ukraynanın yeni hazırladığı “Flamingo” adlı uzaqmənzilli qanadlı raket artıq Rusiyanın enerji infrastrukturlarına zərbələr endirir.
Musavat.com xəbər verir ki, məqalədə bildirilir ki, “Flamingo” raketi 3 000 kilometr məsafəyə uçmaq qabiliyyətinə malikdir və bir tondan çox partlayıcı başlıq daşıyır. Bu göstərici, nəşrin qeyd etdiyinə görə, ABŞ istehsalı olan “Tomahavk” raketindən təxminən iki dəfə güclüdür.
Məlumata əsasən, Ukraynanın bu yeni silah sistemi həm məsafə, həm də dağıdıcılıq gücünə görə Qərb istehsalı analoqlarını üstələyir. “Flamingo”nun texnoloji detalları açıqlanmasa da, ekspertlər onun Ukraynanın müdafiə sənayesində əhəmiyyətli irəliləyiş olduğunu bildirirlər.
Hazırda rəsmi Kiyev və London bu barədə əlavə şərh verməyib.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ