İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın hücumundan sonra Rusiya tankeri BATDI

Rusiya tankeri Valeri Qorçakov dekabrın 19-da Ukrayna ordusunun Rostov-na-Donuda endirdiyi zərbədən sonra batmağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə ASTRA telegram kanalı məlumat yayıb.

Gəmi “Novoşaxtinsk Neft Məhsulları Zavodu” terminalının yaxınlığında olub. Qeyd edək ki, həmin ərazi 15 dekabrda artıq atəşə tutulmuşdu.

Zərbə nəticəsində tankerin gəmi idarəetmə hissəsi, gövdəsi və mühərrik bölməsi zədələnib. Hadisə zamanı aşpaz və mühərrikçi həlak olub, kapitanın baş köməkçisi və iki dənizçi yaralanıb. Hadisə yeri mühasirəyə alınıb və təhlükəsizlik üçün bərərlə əhatələnib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR