İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın keçmiş baş naziri 15 il azadlıqdan məhrum edildi

2010-2014-cü illərdə Ukraynanın baş naziri vəzifəsini tutmuş Nikolay Azarov Kiyevin Peçorsk Rayon Məhkəməsi tərəfindən mülkiyyəti müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu.Az xəbər verir ki, Azarov dövlətə xəyanət və həmçinin Ukraynanın dövlət sərhədlərinin dəyişdirilməsinə, habelə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışların yer aldığı materialların yayılmasında təqsirli bilinib.

Qeyd edək ki, Azarov Ukraynanı tərk edərək Rusiyaya köçüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR