İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın PUA hücumu- Yaralananlar var

Gecə saatlarında Ukrayna pilotsuz uçuş aparatları ilə Rostov-na-Donu hədəfə alıb.

Musavat.com xəbər verir ki, Ukrayna mənbələri hücumun şəhərdəki müəssisələrdən birinə tuş gəldiyini bildirir.

Məlumata görə, zərbədən sonra sözügedən ərazidə yanacaq rezervuarlarının alovlandığı ehtimal olunur. Hadisə nəticəsində yaşayış üçün nəzərdə tutulmuş çoxmərtəbəli bina da zərər görüb.

Rəsmi məlumatlara əsasən, hücum zamanı dörd nəfər yaralanıb. Yaralıların vəziyyəti ilə bağlı əlavə detallar açıqlanmayıb.

Hadisə ilə bağlı yerli hakimiyyət orqanları və fövqəladə xidmətlər araşdırma aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR