İnsanlara hürriyət, millətlərə istiqlal!

Urmiya gölü ilə bağlı ŞAD XƏBƏR - FOTOLAR

İranda son dövrlərdə müşahidə olunan intensiv yağıntılar qurumaq təhlükəsi ilə üz-üzə qalan Urmiya gölünə yenidən həyat verib.

Musavat.com İRNA agentliyinə istinadən xəbər verir ki, göldə suyun səviyyəsi 1 270 metr 70 santimetrə yüksəlib.

Məlumata görə, bu göstərici cari ilin əvvəli ilə müqayisədə suyun səviyyəsinin 120 santimetr artması deməkdir.

Hazırda göldəki suyun ümumi həcmi 2 milyard 890 milyon kubmetrə çatıb ki, bu da son 5 ilin ən yüksək göstəricisi kimi qiymətləndirilir.

Yağıntıların davam etməsi və həyata keçirilən ekoloji tədbirlər gölün ekosisteminin bərpasına dair ümidləri artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2026

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR