İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzak şehir”in “Alya”sı paylaşımı ilə pərəstişkarlarını ŞOK ETDİ – FOTO

“Uzak şehir” serialının “Alya”sı Sinem Ünsal sosial şəbəkədə paylaşdığı foto ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, aktrisa çəkiliş meydançasından paylaşdığı foto ilə diqqət mərkəzinə düşüb.

Sinem Ünsalın olduqca arıq görünməsi izləyiciləri təşvişə salıb və onun daha əvvəl açıqladığı pəhriz proqramını yenidən gündəmə gətirib.

ALYAA.jpg (167 KB)

Aktrisa iştirak etdiyi verilişlərin birində bağırsaq narahatlığı səbəbilə qidalanmasına diqqət etdiyini bildirmişdi:

“Bağırsaq problemim olduğu üçün məcburən bu cür qidalanıram. Əslində pizza və makaronu çox sevirəm. Amma süd və süd məhsullarını qəbul edə bilmirəm. Ən maraqlısı isə odur ki, 8-9 yaşımdan bəri ət yemirəm. Hətta ətin dadını belə bilmirəm”.

Ünsal hər cür tərəvəzi sevərək yediyini vurğulamış, bu rejimin onu xoşbəxt etdiyini bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR