Onlayn ictimai-siyasi qəzet
ABŞ-İran münasibətləri ətrafında yeni qalmaqallı məlumat yayılıb.
Musavat.com xəbər verir ki, “The New York Times”ın məlumatına görə, ABŞ Müharibə Nazirliyi İsrail tərəfindən kəşfiyyat fəaliyyəti təhlükəsinin artdığını hesab edir.
Məlumata görə, Pentaqon əks-kəşfiyyat təhdidləri ilə bağlı qiymətləndirmə səviyyəsini ən yüksək həddə qaldırıb. ABŞ tərəfi İsrailin Vaşinqtonun İranla apardığı danışıqları dinləmiş ola biləcəyindən narahatdır.
Məlumata görə, İsrailin yüksək vəzifəli amerikalı rəsmilər barədə məlumat toplamağa və Tramp administrasiyasının Yaxın Şərqlə bağlı daxili müzakirələri, qərarvermə prosesləri haqqında informasiya əldə etməyə çalışıb.
İsrailin Vaşinqtondakı səfirliyi isə ittihamları rədd edib. Diplomatik nümayəndəlik bəyan edib ki, İsrail kəşfiyyatının fəaliyyəti müttəfiq ölkələrə qarşı yönəlməyib.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ