İnsanlara hürriyət, millətlərə istiqlal!

Vens Netanyahunu Trampa kifayət qədər sadiq olmamaqda ittiham etdi

ABŞ-ın vitse-prezidenti Cey Di Venslə İsrailin Baş naziri Benyamin Netanyahu arasında İran məsələsinə yanaşma fərqləri artıq şəxsi qarşılıqlı ittihamlara çevrilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Axios nəşri ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Vens İranla bağlı münaqişənin uzunmüddətli hərbi kampaniyaya çevrilməsinin əleyhinə çıxaraq diplomatik həll yolunu dəstəkləyib. Netanyahu isə ABŞ ilə İran arasında imzalanan anlaşma memorandumuna qarşı olub.

Saytın yazdığına görə, tərəflər arasında gərginlik uzun müddət ictimaiyyətə açıqlanmadan davam edib.

Bildirilir ki, Netanyahu Vensin ünvanına səsləndirdiyi açıq tənqidlərdən narazı qalıb. Vens isə hesab edib ki, İsrailin baş naziri öz tərəfdarları və ona yaxın media vasitəsilə ABŞ vitse-prezidentini nüfuzdan salmağa çalışıb. Axios-un məlumatına görə, Vens Netanyahunu ABŞ-la İran arasında memorandumun əldə olunmasına mane olmağa cəhd göstərməkdə və Prezident Donald Trampa kifayət qədər sadiq davranmamaqda ittiham edib. Netanyahu isə öz növbəsində qapalı görüşlərdə Vensin münaqişədə oynadığı rolu tənqid edib. Mənbələrin bildirdiyinə görə, tərəflər çərşənbə axşamı Vaşinqtonda təkbətək görüş keçirərək aralarındakı narazılıqları birbaşa müzakirə ediblər. ABŞ və İsrail rəsmiləri həmin söhbəti "açıq və səmimi" adlandırıblar.

Axios qeyd edir ki, gərginliyin ilk əlamətləri hələ mart ayında baş tutan telefon danışığı zamanı ortaya çıxmışdı. Həmin vaxt Vens Netanyahunun müharibənin gedişi ilə bağlı bəzi proqnozlarının həddindən artıq nikbin olduğunu bildirib.
Bundan əlavə, iyunda Vens İranla əldə olunan razılaşmaları tənqid edən İsrail hökuməti nümayəndələrini açıq şəkildə xəbərdar edib. İyulda isə o, bəzi israilli rəsmiləri Vaşinqtona təsir göstərərək ABŞ-ı diplomatik yoldan çəkindirməyə və müharibəni davam etdirməyə çalışmaqda ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR