İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitkoff–Zelenski görüşü: “Məhsuldar keçdi”

Axios nəşrinin jurnalisti Barak Ravid ABŞ-dan olan yüksəkvəzifəli rəsmiyə istinadən bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında bu gün keçirilən görüş məhsuldar olub.

Musavat.com xəbər verir ki, mənbənin sözlərinə görə, tərəflər arasında aparılan danışıqlar konstruktiv atmosferdə keçib. Lakin görüşün detalları və müzakirə olunan mövzular barədə əlavə məlumat açıqlanmayıb.

Qeyd edək ki, Vitkoffun Ukrayna ilə bağlı təmasları Vaşinqtonun Kiyevlə diplomatik və siyasi əlaqələrində mühüm mərhələ kimi qiymətləndirilir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2026

16 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR