Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusu Rusiyanın Volqoqrad şəhərinə PUA zərbələri endirib. Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində “Lukoyl-Volqoqradneftepererabotka” neft emalı zavodunda yanğın baş verib.
Bu arada, Ukrayna prezidenti Volodimir Zelenski Ağ Ev lideri Donald Trampla bazar günü, 28 dekabrda görüşə bilər.
Musavat.com xəbər verir ki, məlumatı "Axios"un müxbiri Barak Ravid "X" sosial media hesabında paylaşıb.
Onun sözlərinə görə, görüş Trampın Floridadakı iqamətgahında planlaşdırılıb.
Jurnalist adı açıqlanmayan Ukrayna rəsmisinə istinadən qeyd edib ki, görüş Mar-a-Laqoda keçiriləcək:
"Ukrayna rəsmisinin sözlərinə görə, prezident Tramp bazar günü Mar-a-Laqoda Ukrayna lideri Zelenski ilə görüşəcək".
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Qabil Hüseynli ilə müzakirə edir.
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ