İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə gecə hücumu: Rusiya gəmisi və LUKOIL obyektinə zərbə

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Xəzər dənizində yerləşən obyektlərinə yeni zərbələr endirildiyini bəyan edib.

Musavat.com xəbər verir ki, rəsmi məlumata görə, 19 dekabr gecəsi pilotsuz uçuş aparatları Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Oxotnik” adlı hərbi gəmiyə zərbə endirib. Bildirilir ki, gəmi neft-qaz platformasının yaxınlığında patrul xidməti həyata keçirirmiş.

Bununla yanaşı, Filanovski yatağında yerləşən və "LUKOIL" şirkətinə məxsus olan qazma platformasının da hücuma məruz qaldığı açıqlanıb.

Hazırda obyektlərə dəyən ziyanın miqyası və onların fəaliyyətinə mümkün təsirlər dəqiqləşdirilir. Rusiya tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR