İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan hökuməti iki mühüm proqnozuna yenidən baxıb

Azərbaycan hökuməti qlobal və regional iqtisadi reallıqlar, xüsusilə də dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslərin milli iqtisadiyyata təsirini nəzərə alaraq, illik makroiqtisadi proqnozlarına yenidən baxıb.

Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi 2026- cı ilin ilk 6 ayının makrofiskal nəticələri, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı ilə bağlı makroiqtisadi proqnozlarını yeniləyib.

Həmin proqnozlara əsasən, 2026-cı ildə ÜDM-in real ifadədə 1,7 faiz artmaqla 138,0 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən nominal olaraq 3,9 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 3,1 faiz artmaqla 100,0 milyard manata (əvvəlki proqnoza nəzərən nominal ifadədə 1,7 milyard manat az) çatacağı gözlənilir.

Bildirilir ki, tikinti və turizm sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərib. Belə ki, 2026-cı ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 5,0 faizdən 3,1 faizə endirilib.

Eyni zamanda cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair amillər nəzərə alınmaqla 2026-cı ildə orta illik inflyasiya proqnozu 4,8 faizdən 5,7 faiz səviyyəsinə qaldırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR