İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayevdən Nazarbayevə qadağa – xalqa müraciət edə bilməz

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin xarici siyasət konsepsiyasında dəyişikliklər edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sənəddə Nursultan Nazarbayevə daxili və xarici siyasət, eləcə də dövlət təhlükəsizliyi məsələləri ilə bağlı təşəbbüslərlə millətə müraciət etmək üçün ömürlük hüquq verən bənd çıxarılıb.

Belə bir hüquq Nazarbayevə "tarixi missiyasına görə" ilk dövlət başçısı kimi verilib. Bundan əlavə, sənədin 7-ci fəslinin 1-ci bəndində göstərilir ki, təklif olunan təşəbbüslər müvafiq dövlət orqanları və vəzifəli şəxslər tərəfindən məcburi şəkildə nəzərdən keçirilməlidir.

Nursultan Nazarbayev 1991-ci ildən 2019-cu ilə qədər Qazaxıstan prezidenti vəzifəsində çalışıb. Vəzifəsindən getdikdən sonra ona ömürlük imtiyazlar verən Millət Lideri (Elbaşı) titulunu saxlayıb: məsələn, o, bu vəzifədə və daha sonra birinci prezident vəzifəsində etddiyi hərəkətlərə görə məsuliyyət daşıya bilməzdi.

Qazaxıstan Konstitusiya Məhkəməsi 2023-cü ilin yanvar ayında baş verən kütləvi iğtişaşlardan sonra “Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbaşı haqqında” qanunu ləğv edib. Daha sonra Nazarbayev və yaxın qohumları bir çox imtiyazlardan məhrum ediliblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR