Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının Ədliyyə Nazirliyi mərhum SSRİ rəhbəri (1953-1964) Nikita Xruşovun nəticəsini xarici agent elan edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, N.Xruşovun nəticəsi Ninanın məlumatları Ədliyyə Nazirliyinin saytında dərc olunmuş müvafiq reyestrdə yer alıb. Buna səbəb Ninanın Krım haqqında dediyi sözlər olub (Qeyd edək ki, Krım məhz Xruşovun hakimiyyətdə olduğu dövrdə sırf iqtisadi səbəblər üzündən Rusiyadan alınaraq Ukraynaya verilib ki, yarımadanın inkişafı Ukrayna respublikasının sayəsində olsun).
Nina Lvovna Xruşşova 30 ildən çoxdur ki, ABŞ-da yaşayan və orada akademik karyera quran rus əsilli amerikalı politoloqdur. O, açıq şəkildə Rusiya əleyhinə gündəmi təbliğ edir. 2026-cı ilin fevral ayında o, Krımı Ukraynanın bir hissəsi elan edib və yarımadanın verilməsini Ukraynanı Rusiyaya bağlamaq üçün "idarəetmə qərarı" adlandırıb.
Xarici agentlər siyahısına həmçinin Rostov-Donu jurnalisti Sergey Reznik, Paris İqtisadiyyat Məktəbinin professoru Yekaterina Juravskaya, publisist Vadim Ştepa və qadağan olunmuş anti-korrupsiyaya fondunun əməkdaşı Aleksey Nesterenko da daxildir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ