İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya Hörmüzə hərbi gəmilər göndərməyə hazırlaşır

Yaponiya hökuməti ölkənin Özünümüdafiə Qüvvələrinin İran tərəfindən minalandığı bildirilən Hörmüz boğazındakı minaları təmizləmək üçün istifadə olunması ehtimalını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi açıqlayıb. Onun sözlərinə görə, bu variantın yalnız orada atəşkəs əldə edildiyi təqdirdə mümkün ola bilər:  "Əgər minalar gəmiçiliyə maneə olarsa, onda biz özünümüdafiə qüvvələri bölmələrinin göndərilməsini nəzərdən keçirməli olacağıq".

Bu arada, Yaponiyanın Baş naziri Sanae Takaiçi parlamentdəki müzakirələr zamanı Yaponiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Hörmüz boğazına göndərilməsinin yalnız orada atəşkəs əldə edildiyi təqdirdə mümkün olacağını vurğulayıb. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR