İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxşı məmurların nağılı, özü də “korona”lı...

Hər yerdə çox mühüm, böyük miqyaslı qərarları adətən birinci şəxsin adıyla bağlayırlar. Amma belədirmi? Belə olmalıdırmı? Doğrusu, düşünmürəm, çünki dərhal sual yaranır: bəs birinci şəxsin komandasının üzvləri nəylə məğğuldur? Baxın, bir gündə nə qədər görüş, tədbirlər olur, qərarlar qəbul edilir! Bütün bunları bir adam çatdıra, hamının əvəzinə düşünə, daha adekvat qərarlar qəbul edə bilərmi?
Odur, yenə də sual yaranır: bəs komanda nə işlə məşğuldur? Yalnız icra etməkçünmü, hər şeyə təşəbbüssüz - filansız əməl etməkçünmü? Dorğudanmı, məmur yalnız qərarları icra etmək üçündür? Axı ən qapalı komandada belə məsləhətə və məşvərətə ehtiyac olur.
Məncə, birinci şəxsin komandası hər bir məsələni çox ciddi öyrənib-araşdırıb ona məruzə etməli və təkliflərini verməlidirlər, çünki başqa cür ola bilməz, yoxsa birinci şəxs haradasa bir söz deyir və onun üzərində siyasət tirajlanır! Axı belə olmaz, bir adam nə qədər bilikli və məlumatlı olsa da, səhv edə bilər, ona görə ki, heç birimiz süni intellekt, robot-filan deyilik, insanıq, səhv də edə bilərik.
Bu qəbildən keçmiş SSRİ-də xeyli əcaib-qəraib siyasət olub. Məsələn, Xruşşovun “qarğıdalı məsələsi”. Adam sonradan etiraf edib ki, sadəcə, bəzi ərazilərdə qarğıdalı əkməyin daha düzgün olduğunu deyiib. Amma onun sözünü böyük kampaniyaya çeviriblər, ölkədə az qala, hər yerdən taxılı, arpanı yığışdırıb əvəzində qarğıdalı əkiblər! Nəticəsi də məlum...
Bunları niyə deyirəm? Hər dəfə hökumətimiz karantin müddətini uzadanda adamları artıq gülmək tutur. Bəli, söhbət növbəti karantin rejimindən gedir, hansı haqqında ki, sərəncam ötən həftə verildi. Əvvəlcə bir lətifə - fason şey danışacam sizə. Deməli, yasaqları sevən r hökmdar olur, hər gün nəyisə yasaq etməyəndə özünə yer tapmırmış, düşünməkdən hətta dəhşətli başağrıları hiss edirmiş. Bir gün elə olur ki, hökmdar nə qədər əlləşir-vuruşur, bir yasaq tapa bilmir. Axırda əmr edir ki, sabah hamı toplansın divanxananın qabağına - hər adamın yumşaq yerinə əlli şallaq vurulacaq.
Bəli, sabah hamı toplaşır hökmdar deyən yerdə və proses başlayır. Birdən nəsə camaat arasında həyəcan hiss edilir. Dərhal hökmdara xəbər verirlər ki, camaat nazrazılıq edir. Hökmdar çox təəccüb edir, özünü birtəhər yığışdırırıb, lap Kərbəlayi İsmayıl demiş, soruşur ki, nə deyib narazılıq edirlər? Vəzir-vəkil buyurur ki, camaat deyir şallaqxanaya daha bir neçə yerdən giriş qoyulsun ki, camaat şallağını tez vurdurub getsin işininin–gücünün dalınca, hamının çox vacib işləri var, indilərdə deyilən kimi, təxirəsalınmaz işləri var...
Odur, başınıza dönüm, o qiymətli başınızı qaldırıb görün, heç haradasa “korona” qalıbmı? Əlbəttə, mən xüsusi bakteroloji laboratoriyaları nəzərdə tutmuram, orada hətta taun virusları da olur! Amma, qardaşlar, heç olmasa, “formulirovka”nı dəyişin, daha bayaqki söhbət olmasın, xalq həqiqətən də “narazılıq” edir! Bunu da yazıq birinci şəxs etməlidir?
Deyin ki, qonşu İran hələ ciddi hərbi vəziyyətdədir, Hörmüz –filan açılsa da, hətta ciddi de-blokada siyasəti aparılsa da çox ölkələr vətəndaşlarına bura getməyi məsləhət görmürlər. Rusiyadan da hələ baş açmaq olmur, amma getdikcə müharibə “heç vaxt müharibə istməyən” Rusiyanın içərilərinə doğru irəliləyir, yəni o tərəfdən də müəyyən qədər narahatlıq var...
Vallah, belə desəniz, insanlar başa düşər, qəbul edər. Amma iki aydan- üç aydan bir saralmış sərəncamlarda tarixi dəyişməklə iş düzəlmir axı!..
Cənab Prezident çox sağ olsun, qonşu Gürcüstana dəmiryolunu açdı. Amma bundan bir az əvvəl həmin məmurların bəzisi nə deyirdi? Guya sərhədlərin bağlı qalması böyük strateji siyasətmiş!..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR