İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıçı Akuninə yenə həbs cəzası kəsildi

Yazıçı Boris Akunin "xarici agent" kimi vəzifələrini yerinə yetirmədiyinə görə qiyabi olaraq bir il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qərar 76 maddə ilə bağlı ikinci cinayət işində verilib. Müstəntiqlər iddia edirlər ki, Akuninin Telegram kanalında yerləşdirilən bu nəşrlərdə onun "xarici agent" statusuna dair məcburi istinad göstərilməyib (qanuna görə, adları müvafiq reyestrdə qeyd olunmuş müəlliflər imzalarından öncə özlərini “xarici agent” kimi təqdim etməlidirlər).

Yazıçının artıq 14 il müddətinə azadlıqdan məhrum edildiyi əvvəlki hökm nəzərə alınmaqla, onun ümumi həbs müddəti 15 ilə qədər artırılıb. Hazırda Rusiyadan kənarda olan Akunin ittihamları siyasi motivli adlandırıb.

Gürcü əsilli yazıçı bir sıra məşhur detektiv romanların, o cümlədən 1914-cü ildə Bakıda baş verən hadisələrə dair yazdığı “Qara şəhər” əsərinin müəllifidir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR