İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yəhudilər üçün yeni torpaq” – Gözlər bu ölkənin adalarına dikildi

İsraildə səsləndirilən yeni təşəbbüs ciddi müzakirələrə səbəb olub. Musavat.com xəbər verir ki, Europa.com-un məlumatına görə, İsrailin müdafiə naziri İsrael Katsın rəhbərlik etdiyi siyasi düşərgəyə yaxın olan partiya funksioneri Avri Ştayner yəhudilər üçün “təhlükəsiz sığınacaq” məqsədilə Yunanıstan adalarının alınmasını təklif edib.

Onun sözlərinə görə, belə ərazilər fövqəladə vəziyyətlərdə yəhudi əhalisi üçün alternativ məkan rolunu oynaya bilər. Ştayner iddia edib ki, Yunanıstan hökuməti ilə danışıqlar aparılarsa, gələcəkdə bu adalar üzərində tam suverenliyin əldə olunmasını nəzərdə tutan mexanizm qurmaq mümkündür.

Məsələni daha da diqqətçəkən edən məqam isə son illərdə Yunanıstana israillilərin köçünün artmasıdır. Yunan mediasının məlumatına əsasən, təkcə 2023-cü ildən bəri bu ölkəyə 10 mindən çox israilli köçüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR