İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudiləri kütləvi öldürən Əhməd Vəhidi kimdir?

SEPAH-ın rəhbəri Məhəmməd Pakpur öldürüldükdən sonra briqada generalı Əhməd Vəhidi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni baş komandanı təyin edilib.

Musavat.com xəbər verir ki, Əhməd Vəhidi 27 iyun 1958-ci ildə Şiraz şəhərində anadan olub. Onun əsl adı Əhməd Şah Çeraqidir. Elektronika üzrə bakalavr, sənaye mühəndisliyi üzrə magistr təhsili alıb, həmçinin İmam Sadiq Universitetində strateji tədqiqatlar üzrə doktorluq dərəcəsi əldə edib.

Vəhidi israilli və amerikalı hədəflərə qarşı əməliyyatlar həyata keçirmiş Qüds Qüvvələrinin keçmiş komandiri kimi tanınır. 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən AMIA Yəhudi Mədəniyyət Mərkəzinə qarşı törədilmiş terror aktı ən qanlı hücum kimi yadda qalıb. Nəticədə 85 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Bu hadisə Holokostdan sonra yəhudilərə qarşı ən böyük kütləvi qətliam hesab edilir.

Argentina xüsusi xidmət orqanları və Mossad tərəfindən aparılan araşdırmalar nəticəsində hücumun arxasında İranın dayandığı iddia olunub və Əhməd Vəhidinin əsas təşkilatçılardan biri olduğu bildirilib. 2007-ci ildə İnterpol onu “qırmızı bülleten”lə beynəlxalq axtarışa verib. Lakin İran tərəfi onun ekstradisiyasından imtina edib.


14 noyabr 2022-ci ildə Vəhidi “İranda ciddi insan haqları pozuntularına görə” Avropa İttifaqının sanksiya siyahısına daxil edilib. O, 2009–2013-cü illərdə İranın müdafiə naziri vəzifəsində çalışıb.


Xatırladaq ki, İranın müdafiə naziri Əziz Nəsirzadə və SEPAH-ın rəhbəri Məhəmməd Pakpur İsrailin hücumları nəticəsində ölüblər.


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR