Onlayn ictimai-siyasi qəzet
ABŞ-də dini yönümlü yeni mobil xidmət istifadəyə verilir.
Musavat.com xəbər verir ki, layihə virtual mobil operator Radiant Mobile tərəfindən idarə olunacaq.
Məlumata görə, xidmət mayın 5-dən etibarən aktiv olacaq. Yeni mobil şəbəkənin əsas xüsusiyyəti istifadəçilər üçün pornoqrafik məzmunun tam bloklanmasıdır.
Bununla yanaşı, sistemdə gender mövzuları ilə bağlı materialları da məhdudlaşdıran xüsusi filtr tətbiq ediləcək. Həmçinin “həssas kontent” kimi qiymətləndirilən digər materiallara çıxış da məhdudlaşdırılacaq.
Operator abonentlərə dini məzmunlardan ibarət xüsusi kitabxana təqdim etməyi planlaşdırır. Buraya süni intellekt vasitəsilə hazırlanmış bibliya mövzulu videolar da daxil ediləcək.
Layihənin uğurlu olacağı təqdirdə onun Cənubi Koreya və Meksikada da tətbiqi nəzərdə tutulur.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ