İnsanlara hürriyət, millətlərə istiqlal!

Yerdən Azərbaycan bayrağı tapan "Liverpul" azarkeşinin sözləri DİQQƏT ÇƏKDİ - VİDEO

Çempionlar Liqası çərçivəsində keçirilən "Liverpul" - "Qarabağ" oyunu zamanı maraqlı və duyğulandıran hadisə yaşanıb.

Matçı izləməyə gələn "Liverpul" azarkeşlərindən biri yerdə Azərbaycan bayrağı tapıb. Həmin anlar və azarkeşin söylədikləri sosial şəbəkələrdə sürətlə yayılaraq gündəmə çevrilib.

Azarkeş bildirib ki, bayrağı yerdə gördükdə dərhal götürüb:

"Bayrağı yerdən tapanda düşündüm ki, bu, gözəl Azərbaycan xalqınındır. Bayraq heç vaxt yerdə qalmamalıdır. Bilirəm, səhv tərəfdən tutmuşam, amma niyyətim onu qorumaq idi. Fikirləşdim ki, bunu saxlayım, evə aparım. Azərbaycan bayrağı dalğalansın".

Onun bu davranışı və söylədikləri futbol azarkeşləri və sosial media istifadəçiləri tərəfindən maraq və rəğbətlə qarşılanıb. Hadisə geniş müzakirələrə səbəb olub, bir çoxları azarkeşin Azərbaycan bayrağına göstərdiyi hörməti yüksək qiymətləndiriblər./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR