Onlayn ictimai-siyasi qəzet
Şotlandiyanın yüksək dağlıq bölgəsinin şimal-qərbində yerləşən, məskunlaşmayan Handa adası üçün yeni nəzarətçi axtarılır.
Musavat.com xəbər verir ki, Vakansiya barədə məlumat Yahoo News-da dərc olunub.
Bildirilib ki, ada 307 hektar ərazini əhatə edir və namizəddən vəhşi təbiət haqqında dərin biliklər, həmçinin komanda ilə işləmək bacarığı tələb olunur. Elan mətnində vurğulanır: “Handa təcrid olunmuş məkandır və birlikdə işləyəcəyiniz insanlar eyni zamanda asudə vaxtınızı da bölüşəcəyiniz şəxslər olacaq.”
Handa adasına materikdən cəmi 10 dəqiqəlik sərnişin bərəsi ilə çatmaq mümkündür. Ada XIX əsrdə tamamilə tərk edilib. Bu səbəbdən sahildən tez-tez nəhəng balinaları müşahidə etmək mümkün olur.
Qeyd olunur ki, bu vakansiya təbiətlə tək qalmağı sevənlər və şəhər səs-küyündən uzaq həyat arzulayanlar üçün nadir fürsət hesab olunur.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ