İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?

Siyəzən rayonunda fəaliyyət göstərən 10 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin bir qrup əməkdaşı işdən çıxarıldıqlarını iddia edirlər. Onların sözlərinə görə, əksəriyyəti müddətsiz əmək müqaviləsi ilə çalışsa da, qəfil işdən azad olunacaqları bildirilib.

Musavat.com Xəzər Tv-yə istinadən xəbər verir ki, işçilər deyirlər ki, qərarın səbəbi onlara izah edilməyib.

Şikayətçilərin sözlərinə görə, çalışdıqları müəssisənin adı fəaliyyəti dayandırılan idarələrin siyahısında yer almır. Buna baxmayaraq, onlar işdən çıxarıldıqlarını bildirirlər.

Məsələyə aydınlıq gətirmək üçün Bakıya, Avtomobil Yolları Dövlət Agentliyinə gəldiklərini, lakin suallarına cavab ala bilmədiklərini deyirlər.

Şikayətçilər bildirirlər ki, əsas istəkləri əvvəlki iş yerlərinə qayıtmaqdır. Onların sözlərinə görə, aldıqları əməkhaqqı ailələrinin əsas dolanışıq mənbəyidir və işdən çıxarılma qərarına yenidən baxılmasını istəyirlər.

Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, optimallaşdırma aparılaraq beynəlxalq təcrübə əsasında struktur islahatları həyata keçirilir. Məqsəd effektiv idarəetmə sisteminin formalaşdırılması, büdcə vəsaitlərinin şəffaf və səmərəli istifadəsinin təmin edilməsidir. Qeyd olunub ki, bu islahatlar agentliyin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi olmaqla, ölkədə yol infrastrukturunun müasir standartlara uyğun inkişafına xidmət edir. Proses əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR