İnsanlara hürriyət, millətlərə istiqlal!

Yolun ortasında rəqs məşhur fenomenə baha başa gəldi – VİDEO

Türkiyənin Sakarya vilayətinin Serdivan rayonunda sosial media üçün çəkilən görüntülər baha başa gəlib.

Musavat.com xəbər verir ki, yolun ortasında nəqliyyatı dayandıraraq avtomobillərin qarşısında rəqs edən sosial media fenomeni Rümeysa D. və onu müşayiət edən sürücüyə ümumilikdə 39 min 154 lirə cərimə tətbiq olunub.

Məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra polis araşdırmaya başlayıb. Aparılan yoxlamalar nəticəsində görüntülərdə yer alan şəxslərin kimliyi müəyyən edilib.

Bildirilir ki, Rümeysa D. yolun hərəkət hissəsində dayanaraq avtomobillərin qarşısında rəqs edib, onu müşayiət edən sürücü isə nəqliyyatın hərəkətinə mane olub. Hadisənin digər sürücülər üçün təhlükə yaratdığı qeyd edilir.

Yol hərəkəti qaydalarını pozduqları üçün tərəflər barəsində inzibati protokol tərtib olunub və onlara ümumilikdə 39 min 154 lirə məbləğində cərimə yazılıb. Bundan əlavə, şəxslər haqqında “yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” maddəsi ilə hüquqi araşdırmaya başlanıldığı bildirilib.

Diqqət çəkən məqamlardan biri isə Rümeysa D.-nin aldığı cəriməni sosial media hesabında paylaşması olub. O, 30 min 662 lirəlik cərimə qəbzinin fotosunu “Qiymət ödənilib” qeydi ilə yayımlayıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR