Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna səfəri çərçivəsində prezident Volodimir Zelenski ilə görüşüb.
Musavat.com bildirir ki, bu barədə Zelenski sosial media hesabında paylaşım edib.
Ukrayna prezidenti Ceyhun Bayramovu qəbul etdiyini bildirərək Azərbaycanın və nazirin Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Bu, nazirin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynaya ilk səfəridir.
O, səfərinə İrpendən başlayıb. Burada məktəbə, xəstəxanaya və Azərbaycanın dəstəklədiyi reabilitasiya mərkəzinə baş çəkib.
Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlmək və bizə dəstək olmaq imkanı tapdığınız üçün sizə çox minnətdarıq. Xalqımızla həmrəyliyinizə görə təşəkkür edirəm.
Ukraynaya davam edən Rusiya zərbələri, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini blokadada saxlaması barədə ona məlumat verdim. Yüksək səviyyəli diplomatik təmasları, müdafiə tərəfdaşlığını, eləcə də enerji sektoru, neft-qaz sənayesi və kənd təsərrüfatı sahələrində iqtisadi əməkdaşlığı müzakirə etdik.
Ukraynaya göstərdiyi dəstəyə, enerji və humanitar yardımına, eləcə də konstruktiv dialoqumuza görə Azərbaycana minnətdaram".
Xalidə,
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ