Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Macarıstanın baş naziri Viktor Orban barədə kəskin ifadələr işlədib.
Musavat.com xəbər verir ki, Zelenski bu il konfransın mükafatının “cəsur Ukrayna xalqına” verildiyini xatırladaraq Avropa liderlərinə təşəkkür edib və nitqinin sonunda Orbanın adını xüsusi vurğulayıb.
O bildirib ki, Orban Avropanı dolayısı ilə daha yaxşı olmağa vadar edir — lakin mənfi nümunə kimi:
“Hətta Viktora da təşəkkür etmək istəyirəm. Hamınız bilirsiniz kimi nəzərdə tuturam. O, Avropada hamımızı daha yaxşı olmağa sövq edir — ən azı ona bənzəməmək üçün. Utanmaq sözünün mənasını unudan bir insan kimi”.
Zelenskinin bu çıxışı Ukrayna-Macarıstan münasibətlərində gərgin ritorikanın davam etdiyini göstərən növbəti siyasi mesaj kimi qiymətləndirilir.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ