İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Rusiyanın hücumundan sonra o görüntüləri PAYLAŞDI - "Təkbaşına bacarmırıq, raketimiz BİTİR..."

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkə ərazisinə endirdiyi kütləvi gecə zərbələrinin nəticələri barədə paylaşım edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı öz Telegram kanalında hücumun ardınca meydana gələn dağıntıların dəhşətli kadrlarını paylaşıb.

Ukrayna lideri Rusiya raket zərbələrinin dəf edilməsinin ölkəsi üçün ən vacib tapşırıqlardan biri olduğunu, lakin bu problemi yalnız öz qüvvələri ilə həll etməyin qeyri-mümkünlüyünü vurğulayıb.

"Rusiya raket təhlükəsindən müdafiə olunmaq ən mühüm vəzifədir. Bu, yalnız Ukraynanın, tək bir ölkənin işi ola bilməz. Bütün tərəfdaşlar necə və nə ilə kömək edə biləcəklərini çox yaxşı bilirlər", - deyə Zelenski bildirib.

O, həmçinin Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket qıtlığı ilə üz-üzə qaldığını açıq şəkildə bəyan edib.

Zelenski qeyd edib ki, gecə hücumu zamanı Rusiya qoşunları 70-dən çox raket (onların böyük hissəsi ballistik olub) və 280-dən çox zərbə PUA-sı tətbiq edib.

@@TVmusavat/151940@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR