Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı regionda sülhün bərqərar olması ilə bağlı səmimi və mühüm bəyanatlar səsləndirib.
Musavat.com xəbər verir ki, Ukrayna lideri Ermənistan və Azərbaycan arasında əldə olunacaq sülhün davamlı və əhatəli olacağına ümid etdiyini bildirib.
Zelenski çıxışına məhz bu mövzu ilə başlayaraq sülhün əhəmiyyətini xüsusi vurğulayıb:
"Mən mütləq bundan başlamalıyam, çünki bu, çox vacibdir. Biz Ermənistana və Azərbaycana yalnız sülh, həm də davamlı, hərtərəfli və uzunmüddətli sülh arzulayırıq.
Cənab Baş nazir, biz bunu həm sizə, həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də hər iki xalqa arzu edirik".
Ukrayna liderinin bu sözləri sammit iştirakçıları tərəfindən regionda sabitliyin təmin olunmasına verilən beynəlxalq dəstəyin növbəti göstəricisi kimi qarşılanıb.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ