Onlayn ictimai-siyasi qəzet
Ukraynada hərbi vəziyyətin başa çatdırılması yalnız real və etibarlı təhlükəsizlik zəmanətləri ortaya çıxdıqdan sonra mümkün ola bilər.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.
Zelenski bildirib ki, atəşkəsin əldə olunması müharibənin bitməsi demək deyil. Onun sözlərinə görə, beynəlxalq monitorinq mexanizmləri və tərəfdaş ölkələrin yerində iştirakı olmadan Rusiyadan yenidən aqressiya riski qalmaqdadır.
“Sadəcə atəşkəs müharibənin sonu anlamına gəlmir. Əgər beynəlxalq nəzarət və tərəfdaşların iştirakı yoxdursa, yeni hücum təhlükəsi hər zaman mövcuddur”, – deyə Ukrayna lideri vurğulayıb.
Prezident əlavə edib ki, hərbi vəziyyətlə bağlı yekun qərar ölkənin hərbi rəhbərliyinin mövqeyi və dövlət infrastrukturunun bu prosesə hazırlıq səviyyəsi nəzərə alınmaqla veriləcək.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ